Ana Sayfa > Qərbi Azərbaycan > Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir edib -

Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir edib -


16-12-2020, 11:57. Yazar: sevinc1
Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir edib -


Pandemiya xəstəxanalarda əsas tibb xidmətlərinin göstərilməsinə təsir göstərib. Bəzi tibb müəssisələrində tibb işçilərinin çatışmazlığı müşahidə edilir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə ilə bağlı Ehtiyacların Qiymətləndirilməsi Missiyasının yekunlarına dair media brifinqdə çıxış edən ÜST-nin Azərbaycandakı nümayəndəsinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, dekabrın 8-12-də ÜST-nin missiyası Səhiyyə Nazirliyi və TƏBİB-in nümayəndələri ilə birlikdə Gəncə, Tərtər, Ağdam və Bərdədə 12 tibb müəssisəsinə səfər edib.

Səfərin nəticələri barədə danışan H.Harmancı qeyd edib ki, ümumilikdə bütün tibb işçiləri çətin dövrdə əllərindən gələni edirlər və etməyə davam edirlər. Təcili tibbi yardım maşınları COVİD-19-a yoluxma sayının artması səbəbindən daha gərgin işləyirlər: “Yoluxma sayının artması hər kəsi narahat edir. Missiyanın əsas nəticələri ondan ibarətdir ki, ümumi əhali üçün psixo və sosial dəstəyin artırılması, insanların həyatlarını xilas etmək və səhiyyə yükünün azaldılması üçün yoluxma sayının artmasının dayandırılması, tibb işçilərinin qorunması və s-dir”.

H.Harmancı əlavə edib ki, ÜST ən çox təsirə məruz qalan bölgələrə yardım göstərmək üçün dəstəyini davam etdirəcək.

aia.az
Geri dön