Ana Sayfa > Karusel / Ölkə > FHN Suqovuşan su anbarını nəzarətə götürüb
FHN Suqovuşan su anbarını nəzarətə götürüb16-12-2020, 09:52. Yazar: sevinc1 |
Fövqəladə Hallar Nazirliyi Suqovuşan su anbarını nəzarətə götürüb. Trend-in məlumatına görə, bunu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov deyib. O bildirib ki, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanının 6.1-ci bəndinin icrasının aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi Tərtər rayonu ərazisində yerləşən işğaldan azad olunmuş Suqovuşan su anbarını mühafizəyə götürüb: "Belə ki, su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq edilir". aia.az Geri dön |