Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycana bu vaksinlərdən gətirilə bilər -
Azərbaycana bu vaksinlərdən gətirilə bilər -15-12-2020, 15:36. Yazar: sevinc1 |
Vaksinin effektivliyi və təhlükəsizliyi haqqında hələ tam dəqiq məlumat vermək çətindir, ancaq ümidverici xəbərlər var. Trend-in məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib. R.Bayramlı bildirib ki, müxtəlif şirkətlər tərəfindən təklif edilən vaksinlər var. Onun sözlərinə görə, Azərbaycan 5 mövcud vaksinlə tanış olub. Bu vaksinlər ABŞ-Almaniya tərəfindən birgə istehsal edilən, Rusiya (Sputnik V), ABŞ (Moderna) Oxford Universitetində (İngiltərə, İsveç alimləri və AstraZeneca Şirkəti ilə birgə hazırlanan) və Çində (Sinovac) istehsal edilən vaksinlərdir. aia.az Geri dön |