Ana Sayfa > Manşet / Siyasət > AHİK icraiyyə Komitəsinin növbəti iclası keçirilib
AHİK icraiyyə Komitəsinin növbəti iclası keçirilib14-12-2020, 18:38. Yazar: sevinc1 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Onlayn formatda təşkil olunan iclasda bir sıra məsələlər müzakirə olunub. Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Möhbalıyev ölkəmizin vətən müharibəsindəki möhtəşəm zəfərindən söhbət açıb. O, qeyd edib ki, "Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində zəfər çalması, erməni işğalına son qoyaraq tarixi ərazilərimizi azad etməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi hadisədir. Müharibənin yekununda, Azadlıq meydanında ordumuzun Zəfər Paradının təşkili, düşməndən qənimət kimi əldə etdiyimiz texnikaların bütün dünyaya nümayiş etdirilməsi hər bir Azərbaycan vətəndaşını qürurlandırıb. Qələbənin digər mühüm tərəfi Prezident İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi yüksək qətiyyət və beynəlxalq təzyiqlərə sinə gərməsi olub. Bunların nəticəsində haqlı olaraq Azərbaycan ictimaiyyəti İlham Əliyevin qətiyyətini zəfərimizin ən əsas şərtlərindən biri kimi qəbul edib." Gündəlikdəki növbəti məsələyə toxunun AHİK sədri vurğulayıb ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatı daim dövlətin diqqət mərkəzində saxlanılıb. Belə ki, bu istiqamətdə daha bir mötəbər addım, öklə prezidenti İlham Əliyevin fərmanı ilə “YAŞAT” fondunun təsis edilməsi olub. Nəticədə ölkənin ərazi bütövlüyünün bərpa olunmasında canlarını fəda etmiş vətən oğullarının ailələrinə dəstək olmaq üçün daha bir vasitə yaradılıb." İcraiyyə Komitəsinin iclasında üzv və tabeçilikdə olan təşkilatlara “YAŞAT” fonduna ianələr etmək tövsiyyə olunub. Sonra başda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olmaqla bütün üzv və tabeçilikdə olan təşkilatlar qarşısında Fond üçün vəsaitin toplanması ilə bağlı qərar qəbul edilib. Sonda sədr qeyd edib ki, biz Həmkarlar İttifaqları olaraq bundan sonra da Ali Baş Komandanın apardığı siyasəti dəstəkləyəcəyik, işğaldan azad olunmuş ərazilərin bərpası və abadlaşdırılmasında yaxından iştirak edəcəyik. aia.az Geri dön |