Ana Sayfa > Karusel / Ölkə > Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib
Polad Həşimov və İlqar Mirzəyevin ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib14-12-2020, 14:34. Yazar: sevinc1 |
Şəhid general-mayor Polad Həşimovun ailəsinə Prezidentin fərdi təqaüdü təyin edilib. Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, cənab Prezidentin sərəncamı ilə Milli Qəhrəman adına layiq görülən 3 nəfər - general - mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və İbad Hüseynova Prezidentin fərdi təqaüdü təyin olunub: "Onlardan iki nəfərə - Polad Həşimov və İlqar Mirzəyevə ölümündən sonra bu ad verilib. Həmin şəxslərə və hazırda sağ olan İbad Hüseynova təqaüd təyin olunub". aia.az Geri dön |