Ana Sayfa > Gündəm > Baş Prokurorluq "YAŞAT" Fonduna 500 min manat köçürüb

Baş Prokurorluq "YAŞAT" Fonduna 500 min manat köçürüb


14-12-2020, 11:13. Yazar: sevinc1
Baş Prokurorluq "YAŞAT" Fonduna 500 min manat köçürüb



Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 08 dekabr 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış “YAŞAT” Fonduna 500 min manat məbləğində vəsait köçürüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən aia.az -a verilən məlumata görə, daim sosial həmrəylik nümayiş etdirən prokurorluq işçiləri ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə könüllü olaraq əmək haqlarının bir hissəsinin “YAŞAT” Fonduna ianə verilməsi qərarına gəliblər.


aia.az
Geri dön