Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Mərkəzi Qan Bankı qana tələbatın artması ilə bağlı vətəndaşlara çağırış etdi

Mərkəzi Qan Bankı qana tələbatın artması ilə bağlı vətəndaşlara çağırış etdi


14-12-2020, 10:49. Yazar: sevinc1
Mərkəzi Qan Bankı qana tələbatın artması ilə bağlı vətəndaşlara çağırış etdi



Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə yoluxma hallarının artması talassemiya, hemofiliya, leykoz eləcə də ağır koronavirus (COVID-19) xəstəliyindən əziyyət çəkən insanlar üçün qan tələbatı artıb.

Bu barədə aia.az-a Qan Bankından bildiriblər. Qeyd olunub ki, bu günlərdə sağlam insanların həmrəylik nümayiş etdirib qana ehtiyacı olan xəstələrə yardım etmələri, damarlarında axan qanı hədiyyə vermələri vacibdir:

"Qan Bankları 24 saat açıqdır. Sterillik və digər zəruri təhlükəsizlik üçün xüsusi tədbirlər görülüb. Sərtəşdirilimiş karantin günlərində vətəndaşlarımızın karantin qaydalarına uyğun saatlıq icazə ilə evdən çıxdıqlarını nəzərə alaraq bildirmək istəyirik ki, qanvermə prosesi zamanı gecikmə olarsa, donorlar, tərəfimizdən gecikmənin səbəbini bildirən arayışla təmin olunacaq. Qan ehtiyacı olan vətəndaşlarımız xilaskarlarını gözləyirlər. Önə çıx, həyat xilas et"!

aia.az
Geri dön