Ana Sayfa > Karusel / Gündəm > DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır

DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır


12-12-2020, 11:17. Yazar: admin
DTX-nin həbs etdiyi icra başçısı məhkəməyə çıxarılır


Bu gün Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, şöbə müdiri Vüqar Nağıyev, Rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, YAP-ın Neftçala rayon təşkilatının sədri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun həbs müddətinin uzadılması ilə bağlı təqdimata baxılacaq.

Aia.Az-ın verdiyi xəbərə görə, sonuncu dəfə sentyabrda həbs müddəti 3 ay uzadılan şəxslərin təcridxanada qalma müddəti bir neçə gün sonra bitir.

Buna görə də istintaq həbs müddətinin uzadılması üçün Səbail rayon məhkəməsinə təqdimat verib. İşə hakim Rəna Qafarovanın sədrliyi ilə baxılacaq.
Geri dön