Ana Sayfa > Gündəm / Ölkə > AMEA-da iki direktor işdən çıxarıldı

AMEA-da iki direktor işdən çıxarıldı


12-12-2020, 11:04. Yazar: admin
AMEA-da iki direktor işdən çıxarıldı


AMEA-nın iki institut direktoru vəzifəsindən azad olunub. Aia.az-n verdiyi xəbərə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dekabrın 11-də keçirilən iclasında məlumat verilib.

Belə ki, akademik Telman Əliyev öz xahişi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsindən azad olunub və AMEA-nın müşaviri təyin edilib. AMEA Rəyasət Heyətinin digər qərarı ilə akademik-katib, müxbir üzv Əminağa Sadıqov İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən təyin edilib.

Həmçinin akademik Adil Qəribovun AMEA-nın akademik-katibi vəzifəsinə təsdiqlənməsi qərara alınıb. Bundan əlavə, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsindən azad edilib, onun yerinə akademik Qərib Məmmədov təyin olunub.

Aia.Az
Geri dön