Ana Sayfa > Parlament > Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir -
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində də hərbi vəziyyət ləğv edilir -11-12-2020, 18:10. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. aia.az-ın məlumatına görə, Fərmanla “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir: - Preambulanın ikinci abzasından “və “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanından irəli gələn vəzifələrin icrasının təmin olunması” sözləri çıxarılır. - 6.5-ci bəndin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz olunsun və 6.6-cı bənd ləğv edilir. aia.az Geri dön |