Ana Sayfa > Manşet / Media > Hərbi vəziyyət ləğv edildi -
Hərbi vəziyyət ləğv edildi -11-12-2020, 15:29. Yazar: sevinc1 |
Prezident İlham Əliyev Hərbi vəziyyətin ləğv edilməsi haqqında Fərmanı imzalayıb. Fərmanla “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 8-ci maddələrinə əsasən qərara alınır: - “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin. - Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin. - Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin. aia.az Geri dön |