Ana Sayfa > Gündəm > Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi
Azərbaycanda Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiq edildi11-12-2020, 12:21. Yazar: sevinc1 |
![]() 27 sentyabr Azərbaycan Respublikasında Anım Günü kimi təqvimə salınacaq. Trend-in məlumatına görə, bununla bağlı Əmək Məcəlləsinə yeni maddə (106-1.) əlavə edilir. Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni maddəyə əsasən, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günüdür. Məsələ Milli Məclisdə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiq edilib. aia.az Geri dön |