Ana Sayfa > Gündəm / Siyasət > Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək


6-04-2016, 15:57. Yazar: admin

Kvirikaşvili hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili mayın əvvəllərində Azərbaycana səfər edəcək.

Məlumata görə, bunu Azərbaycanın Tbilisidəki səfiri Namiq Əliyev bildirib.

Məlumata görə, Gürcüstan hökumətinin başçısı Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

“Hər iki tərəfdən komissiyaya baş nazirlər rəhbərlik edir. Hazırda biz Gürcüstan baş nazirinin səfərinə və iclasa hazırlaşırıq”, - deyə səfir vurğulayıb.
Geri dön