Ana Sayfa > Gündəm / Seçilənlər-4 > Erməni jurnalistdən SOS: Ağdərədə taleyimiz həll olunur

Erməni jurnalistdən SOS: Ağdərədə taleyimiz həll olunur


6-04-2016, 15:31. Yazar: admin
Erməni jurnalistdən SOS: Ağdərədə taleyimiz həll olunur

"Vəziyyət çox ağırdır, Ağdərədə bizim taleyimiz həll olunur".

Aia.az lacin.info-ya istinadən bildirir ki, bu sözləri hazırda Ağdərədə olan erməni jurnalist Slavik Qabrelyan deyib.

Erməni jurnalist Ağdərə rayonunda vəziyyətin olduqca ağır olduğunu bildirib: "Burada bizim taleyimiz həll olunur. İnsanlar arasında təlaş və qorxu var. Cəbhə xəttinə 2 km qalmış heç kimi irəli buraxmırlar. Həmsöhbət olduğum yerli sakinlərin sözlərinə görə, ailələrini Xankəndiyə, İrəvana, hətta bəziləri Rusiyaya aparıblar.

Jurnalist qeyd edib ki, cəbhədə güclü partlayış səsləri gəlir: "Nə qədər çalışsaq da Azərbaycan tərəfinin partlatdığı komanda qərargah məntəqəsi haqqında heç bir məlumat ala bilmədik".
Geri dön