Ana Sayfa > Siyasət > “Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçulara göstərilən qayğının bariz nümunəsi”
“Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçulara göstərilən qayğının bariz nümunəsi”8-12-2020, 10:40. Yazar: sevinc1 |
Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyinin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətinin növbəti əyani təzahürüdür. Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təminatı məsələsi daim Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzində olub və eyni mövqe bu gün də davam etməkdədir. Prezident İlham Əliyevin şəxsi tapşırıqları və ciddi nəzarəti nəticəsində bu kateqoriyadan olan insanlar hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar. Hazırda həmin vətəndaşların rifahının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı sosial proqramlar da həyata keçirilir. Buna misal olaraq şəhid ailələri və müharibə veteranlarına pensiya, müavinətin təyin edilməsi, Prezidentin aylıq təqaüdünün verilməsini göstərmək olar. Məlum olduğu kimi hazırda hər bir şəhidin vərəsəsinə 11 min manat sığorta ödənişi verilir. Həmçinin, müharibə əlillərinə sığorta ödənişi kimi I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat ödənilir. Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək: "Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası yaradılıb. Ən əsası odur ki, Fondun vəsaitləri Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşacaq. Elə buna görə də ediləcək yardımların əhatə dairəsi bu kateqoriyadan olan bütün insanlara şamil ediləcək". Azərbaycan Prezidentinin Fərmanı ilə YAŞAT Fondunun yaradılması dövlətimizin humanizm prinsiplərinə, əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyini bir daha sübut edir. ƏMİNƏ AĞAZADƏ MİLLİ MƏCLİSİN DEPUTATI Geri dön |