Ana Sayfa > Karusel / Gündəm > Mediamız cəmiyyətin məlumatlandırılmasında müstəsna rol oynayır –
Mediamız cəmiyyətin məlumatlandırılmasında müstəsna rol oynayır –8-12-2020, 16:04. Yazar: sevinc1 |
![]() İstər Qarabağ döyüşlərində, istərsə də koronavirus cəbhəsində Azərbaycan cəmiyyətinin koronavirus haqqında məlumatlandırılmasında medianın müstəsna rolu var. Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. H.Hacıyev bildirib ki, koronavirus yayıldığı ilk gündən Azərbaycan mediası aktiv fəaliyyət göstərir, cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsi istiqamətində müstəsna rol oynayır. O qeyd edib ki, Qarabağ döyüşlərində də Azərbaycan mediası cəmiyyətin məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatırılmasında xüsusi rol oynadı: “Biz media rəhbərləri ilə görüşümüzdə onlara öz təşəkkürümüzü bildirdik. Mediaya çağırışımız odur ki, bundan sonra da koronavirusla bağlı mübarizədə aktiv olsunlar”. aia.az Geri dön |