Ana Sayfa > Dünya > Dağlıq Qarabağ münaqişəsi qaynar mərhələdən çıxma dövründədir -
Dağlıq Qarabağ münaqişəsi qaynar mərhələdən çıxma dövründədir -7-12-2020, 16:12. Yazar: sevinc1 |
Dağlıq Qarabağ münaqişəsi hələ indi qaynar mərhələdən çıxma dövründədir. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib. O bildirib: “Biz indi-indi Dağlıq Qarabağ münaqişəsinin qaynar mərhələsindən çıxırıq. Qeyd etmək lazımdır ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının imzaladığı və müharibəni dayandırmış 10 noyabr bəyanatının əhəmiyyətini hamı etiraf etmək məcburiyyətindədir” - deyə, Lavrov bildirib. Nazir əlavə edib ki, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) büdcəsinə əlavə töhfə verəcək. aia.az Geri dön |