Ana Sayfa > Təhsil > Daha 1384 aztəminatlı tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilə bilər
Daha 1384 aztəminatlı tələbənin təhsil haqqı dövlət tərəfindən ödənilə bilər7-12-2020, 11:11. Yazar: sevinc1 |
Təhsil Nazirliyi tərəfindən e-telebe.edu.az portalına müraciətlərin qəbulu dekabrın 10-dək davam edəcək. Məqsəd sosial həssas ailə qrupuna aid tələbələrin dövlət dəstəyi vasitəsilə təhsil haqqı xərclərinin ödənilməsində maksimum əhatəni təmin etməkdir. Təhsil Nazirliyindən aia.az-a verilən məlumata görə, cari tədris ilində sosial həssas əhali qrupuna aid olan tələbələrdən qeyd edilən tarixədək (10 dekabradək) e-telebe.edu.az elektron portalına müraciətlərini tamamlayaraq təsdiq etməsi xahiş olunur. Qeyd edək ki, son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədi ilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır. aia.az Geri dön |