Ana Sayfa > Gündəm > “Amnesty International” Kəlbəcərdə:

“Amnesty International” Kəlbəcərdə:


4-12-2020, 17:49. Yazar: sevinc1
“Amnesty International” Kəlbəcərdə:



“Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndəsi Donatella Rovera Azərbaycanın Kəlbəcər ərazisində olub və burada monitorinq həata keçirib.
Azvision.az xəbər verir ki, bu barədə Roveraa özünün “Twitter” hesabında paylaşım edib.

O qeyd edib ki, 1993-cü ildə öz yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərindən demək olar ki, heç nə qalmayıb: “27 illik işğal dövründən sonra azərbaycanlıların evlərində nə bir qapı, nə bir pəncərə, nə də bir dam örtüyü belə qalmayıb”.

“Amnesty International”ın nümayəndəsi Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarlarının dağıdıldığını da əlavə edib. O vurğulayıb ki, 27 illik işğalından sonra ərazini tərk edən ermənilər məzarları dağıdıblar.


aia.az
Geri dön