Ana Sayfa > Siyasət > Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər -
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər -4-12-2020, 17:46. Yazar: sevinc1 |
Ermənistan da daxil olmaqla heç bir dövlətin tanımadığı Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər. Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Fransa parlamentinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnaməni qəbul etməsini şərh edərkən deyib. O bildirib ki, Fransa parlamenti ciddi tərəfdaş olmaq xüsusiyyətini itirib: “Fransa hökumətinin də Azərbaycana aid olduğunu qeyd-şərtsiz qəbul etdiyi torpaqları müstəqil dövlət kimi tanımaq qərarı verən parlamentarilər yalnız komediya ustası olaraq işləyə bilərlər. Fransa hökumətini ciddi olmağa dəvət edirik, Fransa xalqının müdrikliyinə inanırıq. Bu absurd qərarı diqqətə almayacaqlarını ümid edirik”. aia.az Geri dön |