Ana Sayfa > Dünya > Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var -

Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var -


3-12-2020, 16:49. Yazar: sevinc1
Münaqişələrin tənzimlənməsində ATƏT-in potensialına tələbat var -



Rusiya Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatın ATƏT ölkələri tərəfindən daha fəal dəstəklənməsinə ümid edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ATƏT XİN Şurasının iclasında deyib.

O bildirib ki, təşkilatın münaqişələrin tənzimlənməsində potensialına tələbat var:

"ATƏT məkanında böhran vəziyyətlərinin həlli üzrə əldə olunan razılaşmalara üzv-ölkələr tərəfindən daha çox dəstək göstərilməlidir. Bu yanaşmanı Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı da gözləyirik. Biz ATƏT Minsk qrupunun üç həmsədri ilə əməkdaşlığı qiymətləndiririk".

aia.az
Geri dön