Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub
Ceyhun Bayramovun rusiyalı həmkarı ilə telefon danışığı olub3-12-2020, 09:00. Yazar: sevinc1 |
![]() Cari ilin 2 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. XİN-dən aia.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər. aia.az Geri dön |