Ana Sayfa > Gündəm / Seçilənlər-4 / Karusel > İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib
İran sərhəd qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib6-04-2016, 12:10. Yazar: admin |
Ermənistanın atdığı mərmilərdən sonra. Ermənistan silahlı bölmələrinin atdığı mərmilərin İran ərazisinə düşməsindən sonra bu ölkənin sərhəd qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Aia.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İran Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi bildirib ki, top mərmilərinin ölkə ərazisinə düşməsi ilə əlaqədar münaqişə tərəflərinə xəbərdarlıq edilib. Q.Rzayi deyib ki, son günlər baş verənlərlə bağlı İran-Azərbaycan sərhədinə baxış keçirib. “İranın Ermənistan və Azərbaycanla sərhədləri tam təhlükəsizdir. Ümid edirik ki, tərəflər arasında sülh razılığı əldə olunacaq və problemlər həllini tapacaq”, - deyə Q.Rzayi baxışdan sonra jurnalistlərə bildirib. Geri dön |