Ana Sayfa > Qərbi Azərbaycan > Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu
Bakı sakinini küçədə qətlə yetirən şəxs həbs olundu1-12-2020, 15:48. Yazar: sevinc1 |
Bakıda qətl törədən şəxs həbs edilib. Yasamal rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, noyabrın 26-da Yasamal rayonu ərazisində Əli Əliyevin qəsdən öldürülməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində 28.11.2020-ci il tarixdə cinayəti törətməkdə şübhəli bilinən şəxs Abdullayev Həsənağa Fazil oğlu tutulmuş, 30.11.2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. aia.az Geri dön |