Ana Sayfa > Gündəm > Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib -
Rəsmi statistikanın inkişafına dair Dövlət Proqramında dəyişiklik edilib -1-12-2020, 14:41. Yazar: sevinc1 |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Peşə və orta-ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluğuna dair seçmə statistik müayinənin metodologiyasının hazırlanması və müayinənin keçirilməsi, eləcə də avtomobil nəqliyyatı ilə sərnişin daşınmalarına dair seçmə statistik müayinənin keçirilməsi icra müddəti 2021-ci ildən başlanılacaq. Əvvəl bu müddət 2020-ci il nəzərdə tutulurdu. Sahibkarlıq subyektlərinin işgüzar fəallığının öyrənilməsinə dair rüblük seçmə statistik müayinənin keçirilməsinin icra müddəti isə 2021-2024-cü illər müəyyənləşdirilib. Bundan əvvəl bu müddətin 2020-2023-cü illəri əhatə etməsi nəzərdə tutulurdu. aia.az Geri dön |