Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Bakı metrosunda daha bir yenilik
Bakı metrosunda daha bir yenilik13-07-2015, 12:57. Yazar: admin |
“Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında olacaq. Bakının “Gənclik” metro stansiyasında foto sərgi təşkil olunacaq. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən ANS PRESS-ə verilən məlumata görə, iyulun 15-də keçiriləcək sərgi QSC və “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Metro Gallery” layihəsi çərçivəsində baş tutacaq. Bu, “Bakı Metropoliteni” QSC-nin sosial yönümlü ikinci sərgisi olacaq. Daha öncə metronun “Nəriman Nərimanov” stansiyasının təmirdən çıxmış keçidləri talassemiyalı uşaqlara yardım məqsədilə sərgilənən rəsm əsərləri müəlliflərinin ixtiyarına verilmişdi. Bu dəfə isə “Gənclik” stansiyasının yeni təmirdən çıxmış keçidləri fotoqrafların ixtiyarında olacaq. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı sərgi məkanıdır. “Gənclik” stansiyasın foto sərgi olacaq “Metro Gallery” belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddindən artıq çox olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkilləri sübut edir. Mövzülar müxtəlif və rəngarəng olub. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib. Seçilən əsərlər noyabrın 15-nə qədər sərgilənəcək. Sənətsevərlər bu əsərlərə metronun “Gənclik” stansiyasının keçidlərində baxa biləcəklər. Geri dön |