Ana Sayfa > Karusel / Ölkə > Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı1-12-2020, 10:05. Yazar: sevinc1 |
Daxili işlər orqanları əməkdaşları respublika üzrə yaşayış yerini tərk edən aktiv koronavirus xəstələri ilə bağlı araşdırmaları davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 30-da keçirilən tədbirlər nəticəsində yaşayış yerini tərk edən 28 nəfərin yeri müəyyən edilərək saxlanılıb. Saxlanılıan şəxslərdən 26-sı evə qaytarılıb, 2 aktiv xəstə isə xəstəxanaya yerləşdirilib. Həmin xəstələrən 19 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsilə cinayət işi başlanılıb. aia.az Geri dön |