Ana Sayfa > Gündəm > Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir

Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir


30-11-2020, 18:00. Yazar: sevinc1
Naxçıvanda dezinfeksiya tədbirləri davam etdirilir



Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında dezinfeksiya tədbirləri davam etdirilir. Dərmanlama işləri qrafik əsasında muxtar respublikanın şəhər, qəsəbə və kəndlərini, yaşayış məntəqəsindəki sosial obyektləri, təhsil müəssisələrini əhatə edir.

aia.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı avtomobilləri Naxçıvan Beynəlxalq Hava Limanına gedən yolu, Heydər Əliyev prospektini, Əziz Əliyev, Cəlil Məmmədquluzadə, İstiqlal, Nəsirəddin Tusi küçələrini və digər əraziləri dezinfeksiya ediblər.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının, Naxçıvan şəhərindəki İstirahət Mərkəzinin ətrafı, Sahil Parkı da dərmanlanıb. Dərmanlama işləri şəhərdəki ticarət mərkəzlərində, ictimai yaşayış binalarında, ictimai iaşə obyektlərində, şəhərdəki uşaq bağçalarında və məktəblərdə də aparılıb.

Qeyd edək ki, yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında, ümumilikdə, 3 milyon 764 min kvadratmetrdən çox ərazidə dezinfeksiya tədbirləri aparılıb.

aia.az
Geri dön