Ana Sayfa > İqtisadiyyat > Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı


30-11-2020, 12:25. Yazar: sevinc1
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqladı


Mərkəzi Bank növbəti depozit hərracında 200 milyon manat cəlb edib.

Trend bu barədə Banka istinadən məlumat verir.

Noyabrın 30-da keçirilmiş hərracda tələb təklifi təxminən 4 dəfə üstələyərək 772,5 milyon manata çatıb.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

Vəsaitlər 14 gün müddətində cəlb edilib.

aia.az
Geri dön