Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > TƏBİB-dən xəbərdarlıq:
TƏBİB-dən xəbərdarlıq:30-11-2020, 09:55. Yazar: sevinc1 |
Yoluxma sayının artmağa doğru davam etməsi sərt tədbirləri qaçılmaz edəcək. Azvision.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. Onun sözlərinə görə, bir çox ölkələr yoluxmanın artması ilə əlaqədar sərt tədbirlərə gedir: "Bütün ölkələrdə çarpayı sayı, tibbi personalın sayı məhduddur. Vətəndaşlar dərk etməlidir ki, maska qoruyucu vasitədir. Maska taxmaqla təkcə özünü deyil, ailəsini, yaxınlarını da qorumuş olur. Maskadan istifadə və digər karantin qaydalarına əməl etməyin məsuliyyətini hər bir vətəndaş hiss etməlidir". TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa təkrar yoluxma halları təsdiqlənib, buna görə də virusdan sağalan insanlar arxayınlaşmamalıdır. aia.az Geri dön |