Ana Sayfa > Ölkə > İsmayıllıda karantin rejimini pozan avtomobil ustaları cərimələndi
İsmayıllıda karantin rejimini pozan avtomobil ustaları cərimələndi27-11-2020, 10:55. Yazar: sevinc1 |
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki avtomobil təmiri məntəqəsinin sərtləşdirilmiş karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyini aşkar ediblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin məntəqələrin fəaliyyəti dərhal dayandırılıb, avtomobil təmirçiləri-Hikmət Salihov və Fəzail Hüseynov barəsində cərimə protokolları tərtib olunub. aia.az Geri dön |