Ana Sayfa > Qərbi Azərbaycan > Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır -

Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır -


27-11-2020, 10:17. Yazar: sevinc1
Yoluxma sayı artdıqca ağır vəziyyətdə olan xəstələrin də sayı artır -


Bu gün Azərbaycanda yoluxmaların sayı antirekord vurursa, aydın məsələdir ki, ağır və kritik vəziyyətdə olan xəstələrin də sayı artacaq.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yoluxma sayı artdıqca proporsional olaraq, ağır vəziyyətdəki xəstələrin sayı da artır.

Baş infeksionist qeyd edib ki, statistikaya əsasən, COVİD-19-a yoluxan bütün xəstələrin 80 faizi xəstəliyi yüngül və orta ağır keçirir:

"Yəni xəstəliyin ağır formaları bütün xəstələnmə hallarının təxminən 20 faizini təşkil edir. Onların arasında çox ağır, kritik vəziyyətdə olanların sayı 5 faizdir".

Baş infeksionist Azərbaycanda COVİD-19-dan orta ölüm səviyyəsinin Avropa ölkələri, hətta qonşu ölkələrlə müqayisədə aşağı olduğunu da deyib.

aia.az
Geri dön