Ana Sayfa > Karusel / Dünya > Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır -

Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır -


27-11-2020, 09:11. Yazar: sevinc1
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır -



Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb - Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".

aia.az
Geri dön