Ana Sayfa > Dünya > Putin:

Putin:


24-11-2020, 16:00. Yazar: sevinc1
Putin:


Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik etmək üçün xeyli səy göstərir, həm İrəvanın, həm də Bakının maraqlarını nəzərə alaraq Qarabağda həll üçün ilkin şərtlər yaradılır.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz, Dağlıq Qarabağda dost Azərbaycan və Ermənistan vətəndaşının ölümü ilə nəticələnən hərbi əməliyyatların dayandırılması üçün güclü səylər göstərdik. Bununla da ATƏT-in Minsk Qrupunda əldə olunan əsas razılaşmaları təmin etdik. Xüsusilə həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında. Əldə edilən əsa məqam qan tökülməsini dayandırmaqdır".

Putin əlavə edib ki, hazırda Rusiya sülhməramlı kontingenti atəşkəsə əməl olunmasına nəzarət edir, mülki şəxslərin təhlükəsizliyini təmin edir, Ermənistandan geri qayıdanları və humanitar yardımları müşayiət edir.

"Ümumi vəziyyət sabitləşir", - deyə Rusiya lideri qeyd edib.

aia.az
Geri dön