Ana Sayfa > Dünya / Aia TV / Karusel > "Azərbaycan üçün döyüşməyə hazıram"
"Azərbaycan üçün döyüşməyə hazıram"5-04-2016, 16:52. Yazar: admin |
Xoşqədəm Hidayətqızı və Doğuş Müğənni cəbhədə yaşananlara biganə qalmayıb. “Azərbaycan üçün döyüşməyə hazıram”. ANS PRESS-in məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuş söyləyib. Müğənni son günlər cəbhə bölgəsində yaşananlara biganə qalmayıb. Xoşqədəm Hidayətqızı analıq məzuniyyətinə çıxır “Bir türk vətəndaşı olaraq azərbaycanlı qardaşlarımızn hər zaman yanında olduğumu bildirmək istəyirəm. Biz iki dövlət bir millətik və bu hər zaman belə olacaq. Biz də bu torpaqlar üçün lazım gələrsə canımızdan keçməyə hazırıq. Bunu hər kəs belə bilsin”- deyə müğənni açıqlamasında bildirib. Xoşqədəm Hidayətqızı və Doğuşun toy mərasimi Müğənni Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə 2014-cü ildə evlənib. Toy mərasimi həm İstanbulda, həm də Bakıda həyata keçirilib. X. Hidayətqızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV-də "Xoşqədəmlə axtarıram səni" və "Sən tək deyilsən" verilişlərinin aparıcısı olub. Hazırda "Deməsək, olmaz" verilişinin aparıcısdır. Cütlüyünü əkiz övladları olacaq. hazırda hamiləliyin son aylarını yaşayan aparıcı bir müddət öncə analıq məzuniyyətinə çıxıb. Geri dön |