Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi
Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı, 29 nəfər vəfat etdi23-11-2020, 16:41. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 95 281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64 475 nəfər müalicə olunaraq sağalıb, 1 160 nəfər vəfat edib, aktiv xəstə sayı 29 646 nəfərdir. Ölkədə son sutka ərzində 9 784, hazırkı dövrədək isə 1 617 239 test aparılıb. aia.az Geri dön |