Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Kreml Qarabağda baş verən hadisələrdən narahatdır

Kreml Qarabağda baş verən hadisələrdən narahatdır


5-04-2016, 16:02. Yazar: admin

“Ciddi səylər göstərilir”.

Dağlıq Qarabağda hadisələr regionun bütün dövlətlərinin bölüşdüyü narahatçılığa səbəb olub.

Aia.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Nazirliklərimizin xətti ilə beynəlxalq arenada da əlaqələr yaradılır. Dəfələrlə danışdığımız narahatlıq, təəssüf ki, qalmaqda davam edir. Hadisələrin gedişatı, daha çox narahatlıq doğurur. Bu narahatlığı Minsk Qrupuna cəlb olunan dövlətlər, regionun bütün dövlətləri bölüşür, ona görə də indi, əlbəttə ki, ciddi səylər göstərilir”, - o deyib.
Geri dön