Ana Sayfa > Dünya > Baydenin kimi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcəyi məlum oldu

Baydenin kimi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcəyi məlum oldu


23-11-2020, 12:21. Yazar: sevinc1
Baydenin kimi ABŞ-ın BMT-dəki daimi nümayəndəsi təyin edəcəyi məlum oldu


Mətbuatda yer alan məlumatlara əsasən ABŞ prezidenti seçilən Co Bayden ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə Linda Tomas-Qrinfildin namizədliyini irəli sürmək istəyir.

CBS News bu barədə xəbər yayıb.

Amerikalı diplomat Tomas-Qrinfild Barak Obamanın prezidentliyi dövründə ABŞ Dövlət katibinin Afrika məsələləri üzrə köməkçisi olub.

aia.az
Geri dön