Ana Sayfa > Ölkə > Nazirlik:

Nazirlik:


23-11-2020, 09:47. Yazar: sevinc1
Nazirlik:



Son günlər havanın yağıntılı keçməsi kənd təsərrüfatında payızlıq əkinlər üçün əlverişlidir.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdir müavini Rəfail Mahmudov deyib.

O bildirib ki, payızlıq əkindən sonra yağıntıların çox olması toxumun inkişafını sürətləndirir:

"Azərbaycanda hazırda bir milyon hektardan çox payızlıq əkin həyata keçirilməkdədir. Payızlıq əkinin inkişafı üçün isə yağış vacibdir. Artıq ölkədə 600 min hektara yaxın taxıl əkilib. Əkilən sahələr yağışla suvarıldı. Bu da bu il məhsuldarlığın bol olacağına zəmin yaradır".

aia.az
Geri dön