Ana Sayfa > Gündəm > Qarabağın yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb

Qarabağın yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb


23-11-2020, 09:30. Yazar: sevinc1
Qarabağın yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb


Qarabağın onlarla, yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə tamamilə diqqətdən kənarda qalıb.

Bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədrinin birinci müavini Dəmir Muhetdinov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Dağlıq Qarabağda onilliklər ərzində 67 məsciddən 63-ü dağıdılıb:

"Dağıdılmış tarixi və mədəni abidələrin sayı isə yüzlərlədir. Qarabağdakı yüzlərlə müsəlman abidəsinin məruz qaldığı mədəni faciə diqqətdən kənar qaldığı vaxtda, xristian abidələrinin guya hücuma məruz qalması barədə məlumatları vicdansızlıq kimi qiymətləndirirəm. Obyektiv yanaşma sərgiləyən istənilən müşahidəçi qeyd edər ki, Azərbaycan özünü multikultural dövlət kimi göstərir və bütün dini adətlərə yeni səviyyədə hörmətlə yanaşır. Bakı dəfələrlə Dünya dini liderlərinin sammitinin paytaxtı seçilib".

aia.az
Geri dön