Ana Sayfa > Gündəm > Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı videoçarx hazırlayıb

Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı videoçarx hazırlayıb


20-11-2020, 13:09. Yazar: sevinc1
Ombudsman təsisatı Ümumdünya Uşaqlar Günü ilə bağlı videoçarx hazırlayıb



Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 20 oktyabr-20 noyabr tarixləri ərəfəsində ənənəvi “Uşaq Hüquqları Aylığı”nı davam etdirib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, sözügedən aylıq çərçivəsində müxtəlif yerli dövlət və özünüidarə orqanları uşaq hüquqlarının müdafiəsi və təmininə dair müxtəlif səpkili maarifləndirici tədbirlər həyata keçiriblər.

20 noyabr-Ümumdünya Uşaqlar Günü olduğunu nəzərə alaraq, insan hüquqları sahəsində bu mühüm təqvim günü ilə əlaqədar Azərbaycan Ombudsmanının ölkəmizdə elan etdiyi sözügedən aylıq çərçivəsində Aparatın kitabxanası tərəfindən təcavüzkar Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi azərbaycanlı uşaqların əziz ruhuna ehtiramla Ombudsman Aparatının əməkdaşı Azadə Novruzovanın “Bu gecə yuxumda bir uşaq ağlayırdı” şeiri əsasında videoçarx hazırlanıb.

Bu videoçarxda Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qalmış günahsız uşaqların fotolarından, Azərbaycan Ombudsmanının faktaraşdırıcı missiyaları zamanı çəkilmiş foto, video materiallarından geniş şəkildə istifadə edilib. Şeir Əməkdar artist Hüsniyyə Mürvətovanın qiraətində səsləndirilib. Videoçarxdakı subtitrlər rus dilinə Giya Paçxataşvili, ingilis dilinə isə Sevil Gültən tərəfindən tərcümə edilib. Müəllif bu bədii təəssüratla dünyanı erməni təcavüzünə məruz qalmış günahsız qurbanların, xüsusilə də uşaqların fəryadına biganə qalmamağa səsləyir.



aia.az
Geri dön