Ana Sayfa > Manşet / Cəmiyyət > Erməni vandalizmi iflasa uğradı

Erməni vandalizmi iflasa uğradı


19-11-2020, 18:32. Yazar: sevinc1
Erməni vandalizmi iflasa uğradı



İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri


30 ilə yaxın dövrdə erməni vandallarının işgalı altında qalmış torpaqlarımız Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən öz azadlığına qovuşdu. Düşmən bu illər ərzində işgal etdikləri dədə-baba torpaqlarımızdan hücumlar edir, yeni ərazilər zəbt etməyə cəhd göstərirdi. Ancaq hər həmləsində rəşadətli Azərbaycan ordusunun sarsıdıcıcı zərbələri ilə üzləşir və geri oturdulurdu. 2016-cı ilin aprel hadisələri isə işgalçı Ermənistana tutarlı cavab oldu. Cari ilin iyun ayında Tovuz rayonu ərazisindəki erməni separatçı cəhdləri də baş tutmadı. Növbəti dəfə sentyabr ayının 27-də işgalçı ermənistan ordusunun ərazilərimizə hərbi hücumunun qarşısını alan müzəffər Azərbaycan ordusu düşmənə layiqincə dərs verdi. Ali baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Qrdusu qısa zaman kəsiyində işgal altında olan torpaqlarımızda işgalçı ermənistan ordusunu darmadagın edərək, Azərbaycanın tarixi torpaqlarını işğalçıdan təmizləməyə müvəffəq oldu. Ötən əsrin 90-ci illərində havadarlarının dəstəyi ilə 4 il ərzində aparılmış müharibə nəticəsində Azərbaycan torpaqlarını işğal edən ermənilər 44 gündə məğlubiyyətini boynuna aldı. 5-ci nəsil silahlarla təchiz olunmuş, nizamlı Azərbaycan Ordusunun qarşısında tab gətirə bilməyən düşmən ordusunun əsgərləri silah - sursatı atıb qaçmagı qənimət bildi. Rəşadətli Azərbaycan ordusunun gücünü görən düşmən yalvararaq təslim oldugunu bəyən etdi və işgal etdikləri üç rayonumuzun ərazisini boşaltmaq barədə öhdəlik götürdü və müqavilədə konkret vaxt göstərildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev xalqımıza xas olan hümanist, sülhsevər prinsiplərinə həmişə oldugu kimi sadiq qalaraq Ermənistana bu şansı da verdi. Bu alicənab davranışı ilə ölkə Prezidenti bir daha dünyaya Azərbaycan xalqının və liderinin yüksək insani dəyərlərə sahib oldugunu nümayiş etdirdi. Çox təəsüflər olsun ki, Azərbaycan ordusunun qarşısında davam gətirə bilməyib məglub olan ermənilər yalvararaq sülh müqaviləsi imzalasalar da yenə də məkrli xislətlərindən əl çəkmirlər. İşgal altında olan torpaqlarımızı boşaltdıqca bacardıqları ziyanı vurmağa çalışırlar. Separatçı regim və onun Azərbaycan ərazisində yerləşdirdiyi hərbi-mülkü qüvvələri torpaqlarımızı tərk etdikcə meşələrimizi qırıb, talayır, evlərə, ictimai obyektlərə və meşə massivlərinə od vurub yandırmaqla iyrənc simalarını bir dahə gostərirlər. Ancaq ermənilərin bu cür murdar xislətləri öz başlarında çatlayır. Azərbaycan xalqı 44 günlük müharibənin qələbə sevincini yaşayır. Prezidentimiz bəyan etdiyi kimi işgaldan azad olunan torpaqlarımızda ən müasir standartlara uygun şəhər, qəsəbə, kəndlər salınacaq və soydaşlarımız öz ata-baba yurdlarında yaşayıb yaradacaqlar.
Geri dön