Ana Sayfa > Karusel / Ölkə > Həftə sonları ancaq bu sahələrin fəaliyyətinə icazə verilir -
Həftə sonları ancaq bu sahələrin fəaliyyətinə icazə verilir -19-11-2020, 15:55. Yazar: sevinc1 |
Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılır. aia.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb Qərara əsasən həftə sonları fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır: 1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; 2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti; 3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri; 4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su təsərrüfatı fəaliyyəti; 5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti; 6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti; 7. kütləvi informasiya vasitələrinin fəaliyyəti; 8. mühafizə xidmətləri. aia.az Geri dön |