Ana Sayfa > Səhiyyə > Hərbi hospitallarda koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür -

Hərbi hospitallarda koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür -


19-11-2020, 15:16. Yazar: sevinc1
Hərbi hospitallarda koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür -


Hərbi müalicə mərkəzlərində koronavirusa yoluxmanın qarşısının alınması üçün ciddi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, şəxsi heyətdə yoluxma halları özünü xüsusi biruzə verməyib. O qeyd edib ki, hərbi çağırışçılar da xüsusi testdən keçirilir ki, virus hərbi hissələrdə yayılmasın: “Vətən müharibəsində qalib olduğumuz kimi koronavirusla mübarizədən də qalib çıxmalıyıq”.

aia.az
Geri dön