Ana Sayfa > Gündəm / Manşet / Aia TV / Seçilənlər > Ermənilər Tərtərdə 16 yaşlı qızı öldürdü

Ermənilər Tərtərdə 16 yaşlı qızı öldürdü


5-04-2016, 13:39. Yazar: admin



Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub.

Aia.az APA-ya istinadən məlumat verir ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb. Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.

Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb. 16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb
Geri dön