Ana Sayfa > Karusel / Gündəm > Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı

Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı


18-11-2020, 12:53. Yazar: sevinc1
Cəbrayılda komendant postunda saxlanılan avtomobildə hərbi sursat aşkarlandı


Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb.

R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanb.

aia.az
Geri dön