Ana Sayfa > Gündəm > “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib
“Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib17-11-2020, 16:00. Yazar: sevinc1 |
![]() ABŞ-ın “Johnson & Johnson” şirkəti Dağlıq Qarabağ regionu ilə bağlı səhvini etiraf edib. Trend-in məlumatına görə, bu barədə şirkətin bəyanatında deyilir. Bəyanatda qeyd olunub ki, münaqişə dövründə şirkət regionun adını səhv olaraq qeyd edib: “Son zamanlar Ermənistanla Azərbaycan arasında münaqişədə “Johnson & Johnson”un mövqeyi barədə müxtəlif fikirlər səsləndirilib. Biz münaqişə regionunu sosial şəbəkədə səhv adlandırmışıq. Səhv olduğunu təsdiq edirik və bundan təəssüf edirik”. Qeyd edək ki, bir müddət əvvəl “Johnson & Johnson” “Twitter” səhifəsində Dağlıq Qarabağ münaqişəsində zərər çəkənlərə yardım məqsədilə vəsait toplandığını elan etmiş və regionu “Artsax” adlandırmışdı. aia.az Geri dön |