Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Onkoloq beyin xərçənginin ilkin əlamətlərini açıqladı
Onkoloq beyin xərçənginin ilkin əlamətlərini açıqladı17-11-2020, 09:00. Yazar: sevinc1 |
Baş ağrısı beyin xərçənginin ən çox görülən əlamətidir. “Pyatıy kanal”ın məlumatına görə, bu barədə rusiyalı onkoloq, tibb elmləri namizədi Mixail Myasnyankin bildirib. O, eyni zamanda ilk mərhələlərdə xəstəliyin asemptomatik inkişaf etdiyini və müəyyənləşdirməyin çox çətin olduğunu qeyd edib. Həkimin sözlərinə görə, xərçəng başlayanda yorğunluq, başgicəllənmə, ürək bulanması, huşun itməsi, qıcolma, görmə və eşitmədə zəiflik kimi əlamətlər görünə bilər. Mütəxəssis orqanizmin vestibulyar işindən məsul olan orqanların zədələnməsinin yazı və danışıq qabiliyyətinin pozulmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. M.Myasnyankin ilk simptomlar görünəndə həkimə müraciət etməyin vacibliyini vurğulayıb. aia.az Geri dön |