Ana Sayfa > Manşet / Təhsil > Rəşad Həsənov: Böyük Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib
Rəşad Həsənov: Böyük Qələbə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib16-11-2020, 14:39. Yazar: sevinc1 |
Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Astara Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov bildirib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşünün Azərbaycanın tarixi qələbəsini təmin etdiyini vurğulayan astaralı ziyalı, 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini ölkəmizin bütün vətəndaşları kimi, astaralılar tərəfindən də qürurla, sevinclə qeyd edildiyini diqqətə çatdırıb: “Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək Qələbə əzmi ilə işğalçıları tarixi torpaqlarımızdan qovdu. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar zaman Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir”. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin qəbul etdikləri bəyanatla Vətən müharibəsində Azərbaycanın tam qələbəsini rəsmiləşdirdiyini söyləyən R.Həsənov bu bəyanatı Ermənistanın məğlubiyyəti kimi dəyərləndirib: “Ordumuzun qarşısında ağır məğlubiyyətə uğrayan ermənilər qeyd-şərtsiz təslim oldular. Artıq proseslərdə şərt qoyan, diktə edən tərəf Azərbaycandır...”. R.Həsənov daha sonra deyib: “Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, bir yumruq kimi dövlətimizin başçısı ətrafında sıx birləşəcək. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. aia.az Geri dön |