Ana Sayfa > Gündəm / Seçilənlər-5 / Manşet > Əsgərlərimiz ermənilərin mayor və baş leytenantını öldürdülər

Əsgərlərimiz ermənilərin mayor və baş leytenantını öldürdülər


5-04-2016, 11:05. Yazar: admin


Ermənistan Müdafiə Nazirliyi cəbhədəki itkilərinin kiçik bir qismini açıqlayıb.

Məlumatına görə, cəbhədə gedən ağır döyüşlər zamanı 3 erməni hərbi qulluqçu məhv edilib.

Təmas xəttində məhv edilən əsgərlərin adları da açıqlanıb: mayor Torosyan Ayk Vaqan (1985), baş leytenant Stepanyan Merujan Artur (1993), kiçik serjant İskandaryan Ruben Aşot (1993 ).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, ümumilikdə aprelin 4-ü gün ərzində və aprelin 5-i səhər saatlarınadək keçirilən əməliyyat tədbirləri və cavab atəş zərbələri nəticəsində ermənilər daha 70 nəfərədək canlı qüvvə sarıdan itkiyə məruz qalıb, 20-dək hərbi texnikası tam sıradan çıxarılıb.
Geri dön